Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu xüsusda, 17 oktyabrda Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans təşkil olunub.
Konfransda iştirak etmək məqsədilə Naxçıvanda səfərdə olan SOCAR-ın nümayəndə heyəti 16 oktyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.
Heydər Əliyev Muzeyini ziyarət edən SOCAR rəsmiləri ümummilli liderin həyat və fəaliyyətinə dair fotoşəkil və eksponatlarla tanış olublar. SOCAR tərəfindən muzeyə ulu öndər Heydər Əliyevin neft-qaz sənayesindəki əvəzsiz xidmətlərindən bəhs edən fotoşəkillər əsasında hazırlanmış markalar hədiyyə olunub.
Daha sonra SOCAR nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdə “Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən təşkil olunan tədbirlər, təhsil sahəsində görülən işlər barədə məlumat verilib, sahə üzrə yeni təşəbbüslər müzakirə edilib. Bu xüsusda cari ilin iyununda Bakı Enerji Forumu çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun bərpaolunan enerji potensialı” mövzusunda xüsusi sessiyanın Naxçıvan şəhərində uğurla təşkil olunduğu vurğulanıb.
SOCAR ilə Naxçıvan Dövlət Universitetinin (NDU) rəhbər heyəti arasında NDU-da keçirilən görüşdə ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafı sahəsində apardığı məqsədyönlü siyasətdən bəhs olunub, bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərin təməlinin ümummilli lider tərəfindən qoyulduğu vurğulanıb. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə NDU arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra nümayəndə heyəti Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan sərgi, konfrans və konsert proqramında iştirak edib.
NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadənin moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin NDU-ya səfərlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə NDU-nun rektoru Elbrus İsayev, BANM-in rektoru Elmar Qasımov və NDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Emin Şıxəliyev çıxış ediblər.
Sonda NDU-nun Konservatoriyasının Kamera Orkestrinin ifasında konsert proqramı təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]