Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı son vəziyyət AÇIQLANDI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin oktyabrın 15-də tikintisi ilə tanış olduğu Ağdam-Füzuli avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin böyük mütəxəssisi Fərid Qədirov bildirib.
Onun sözlərinə görə, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Onun uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək, yol 4 hərəkət zolaqlı olacaq.
“2021-ci ilin oktyabrında təməli qoyulmuş, inşası sürətlə davam edən Ağdam-Füzuli yol Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Yolun üzərində 5 ədəd körpü, iki ədəd yolötürücü layihələndirilib. 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, hazırda tamamlanma işləri aparılır. Digər körpələrdə də tikinti işləri davam edir. Bununla yanaşı, torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suyun ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidləri tikilir. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək”, – deyə agentlik rəsmisi qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]