İran səfirliyi Ronalduya 99 şallaq cəzası barədə açıqlama verdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ictimai yerdə iranlı qızı qucaqlayıb öpdüyünə görə şallaq cəzası ilə üzləşməyəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın İspaniyadakı səfirliyi məlumat yayıb.
“Biz İranda hər hansı beynəlxalq səviyyəli idmançının mühakimə olunma ehtimalını qətiyyətlə inkar edirik. Onun Fatimə Həmami ilə səmimi və humanist görüşü də yüksək qiymətləndirilib və həm xalqın, həm də ölkənin idman orqanlarının heyranlığına səbəb olub”, – deyə səfirliyin “X” sosial şəbəkə hesabında bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatında Ronaldunun futbolçunun portretini çəkən iranlı rəssam Fatimə Həmamini açıq şəkildə öpüb qucaqladığına görə 99 şallaq cəzası gözlədiyi barədə məlumat yayılmışdı. Hadisə Ronaldunun Asiya Çempionlar Liqasında yerli “Persepolis”lə oyun üçün Tehrana səfəri zamanı baş vermişdi. Futbolçu səfər çərçivəsində fanatları, o cümlədən Fatimə adlı rəssamla görüş keçirmişdi. Ronaldu fiziki məhdudiyyətli pərəstişkarı ilə ünsiyyətdə olarkən təşəkkür üçün onu qucaqlamışdı.
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]