“Azəriqaz” rəsmisi: “İşlənmiş sayğac quraşdırıldı” ifadəsi düzgün deyil”
“Cari ilin doqquz ayı ərzində SOCAR “Azəriqaz” İB-yə daxil olan müraciətlər əsasında müvafiq sənədlər təqdim olunmaqla 15 min məişət tipli qaz sayğacı MTK (mənzil-tikinti kooperativi – red.) tipli binalara ödənişsiz təhvil verilib”.
Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların Tətbiqi, İdarəolunması və Nəzarəti Şöbəsinin rəisi Rövşən Məhyəddinov deyib.
O bildirib ki, bəzən abonentlər fərdi yaşayış evlərinə və mənzillərə işlənmiş qaz sayğacı quraşdırıldığını deyirlər:
“Doqquz ay ərzində 140 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacının yenilənməsi həyata keçirilib. Növbəti ildə isə 250 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacı əvəzlənəcək.
Beş il işlənən qaz sayğacı rəsmi qaydada yoxlanır. Əgər qaz sayğacının yoxlanışında hər hansı nöqsan, iş mexanizmində yanlışlıq qeydə alınmazsa, yenidən istismara qaytarılır. “İşlənmiş sayğac quraşdırıldı” ifadəsi düzgün deyil. Çünki dövri yoxlama müddəti müvafiq icra hakimiyyətləri tərəfindən qoyulan öhdəlikdir.
Nazirlər Kabinetinin qərarı var və ölçmə vasitələrinin müvafiq təyin olunan müddətdən bir dövri yoxlama müddəti mövcuddur. Bu, mütləq qaydada yoxlanılmalıdır. Çünki ölçmə vasitələri dəqiq olmalıdır. Bu səbəbdən də əgər dövri yoxlama müddətində sayğacın istifadəyə yararlı olduğu təsdiqlənərsə, o yenidən istismara qaytarılır. Bu, işlənmiş hesab edilmir”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]