Azərbaycanda “card-to-card” əməliyyatları üzrə mübahisələrin həlli müzakirə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda “card-to-card” əməliyyatları üzrə mübahisələrin həlli müzakirə edilib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən “interçeync” (beynəlxalq mübadilə) xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilib.

Bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top