Azərbaycana turist axını 32 faiz artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 162 949 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, təkcə sentyabrda ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 faiz artaraq 158 803 nəfərə çatıb.
Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.
Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.
Regional baxımdan isə ilk 3-lüyə 26,3 faizlə Rusiya, 20,3 faizlə Asiya və 18,8 faizlə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 faizlə Yaxın Şərq, 8,65 faizlə Avropa, 8,1 faizlə İran və 2,7 faizlə digər regionlar qərarlaşıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]