Azərbaycandakı YDM-lərdə elektromobillər üçün enerjidoldurma yerləri açılacaq
“Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyi ölkədəki yanacaqdoldurma məntəqələrində (YDM) elektromobillər üçün enerjidoldurma yerlərinin açılması istiqamətində iş aparır.
Bunu “Report”a açıqlamasında Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.
“Bu məqsədlə Türkiyə və Böyük Britaniyadan olan şirkətlərlə görüşlərimiz davam edir. Enerjidoldurma qurğularını mövcud YDM-lərin içində yerləşdirməyi nəzərdə tutmuşuq”, – deyə o qeyd edib.
“Enerjidoldurma yerlərinin açılmasına maraq göstərən investorlar var. Onlarla da danışıqlarımız davam edir. Həmin infrastrukturu xüsusilə regionlardakı yollar üzərində yaratmağı planlaşdırırıq. Yəni bütün Azərbaycanı əhatə etmək istəyirik. Bu, elektromobillərdən istifadənin genişlənməsinə ciddi təkan verəcək”, – deyə sədr əlavə edib.
Onun sözlərinə görə, Bakıdakı YDM-lərdə enerjidoldurma qurğularının quraşdırılmasına ilkin mərhələdə 3 milyon ABŞ dolları investisiya qoyuluşu nəzərdə tutulub:
“Tədricən bu məbləğ artacaq. YDM-lərdə bir qurğunun yerləşdirilməsi 200 min ABŞ dollarına başa gəlir. İlkin olaraq Bakıda 8 YDM-i əhatə etməyi planlaşdırmışıq. Regionlara isə 1,5-2,0 milyon ABŞ dolları arası yatırım gözlənilir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]