İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTO
İqtisadi Şuranın (İŞ) və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat Xidmətindən bildirilib.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi və AİH-in Baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]