Dövlət Xidməti: “Bu il istehlakçılara 447 min manat geri qaytarılıb” – FOTO
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təmin etdiyi müraciətlər hesabına 447 038 manat vəsait istehlakçılara geri qaytarılıb.
Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,7% çoxdur.
Bundan başqa, M.Abbasbəyli qeyd edib ki, hesabat dövründə vətəndaşlara dəymiş 45,99 milyon manat ziyan ödənilib. Bu isə bir il əvvələ nisbətən 2,6 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub ki, bu da illik müqayisədə 14,9% çoxdur.
“İstehlakçı məmnuniyyətinin əldə edilməsi biznesin bazarda rəqabət üstünlüyünü təmin edir, səmərəliliyini artırır. Bu baxımdan istehlakçı hüquqlarının müdafiəsində ilk pillədə biznes subyektləri və sahibkar-istehlakçı əlaqələrinin qarşılıqlı etimad əsasında təşkili dayanır”, – deyə o qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]