Bölgələrdəki bazarlarda məhsulunu satanlardan yerpulu alınır? – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bölgələrdəki bazarlarda məhsulunu satanlardan yerpulu alınır? – VİDEO

Tovuzun bazarında kənd sakinləri satmağa gətirdikləri məhsulları yolun hərəkət hissəsində alıcılara təklif edirlər.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar iddia edirlər ki, məhsullarını satmaq üçün boş piştaxta tapa bilmirlər.

Ona görə də, məcburiyyətdən səhər saatlarından günortayadək bu cür satış həyata keçirirlər.

Ticarət mərkəzinin rəhbərliyindən isə bildirilib ki, bu ərazi yolun sağında yerləşən taxıl hazırlığı anbarlarının qarşısında qeyri-rəsmi bazar kimi fəaliyyət göstərən yerdir. Buna baxmayaraq, burada da hər kəsin satış etməsi üçün şərait yaradılmasına köməklik edilir və piştaxtada satış etməyənlədən yerpulu alınmır.

Gəncənin ən böyük kənd təsərrüfatı məhsullarının satıldığı bazarda da bütün piştaxtalar tutulub. Səbət bazarı adlanan yerə məhsul çıxardan kəndlilər harda yer tapdı, orada da satış edirlər.

Bazarın nəzarətçisi bildirib ki, məkanda öz məhsullarını satanlarla alver edənlər arasında problem yaşanmır.

Burada da bazar ərazisindən kənarda satılan məhsullara görə yerpulu yığılmadığı bildirilib.

Ətraflı süjetdə:

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top