Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb – FOTO

“Technovate – Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər. Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top