Alimlər arıqlama preparatlarının mədə-bağırsaq traktına zərərləri barədə xəbərdarlıq ediblər
Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları məşhur arıqlama prteparatlarının ciddi əlavə təsirlərə səbəb ola biləcəklərini müəyyən ediblər. Peptid hormonlarının funksiyasına təsir edən dərmanlar mədə-bağırsaq xəstəlikləri riskini artırır.
GLP-1 mədə-bağırsaq traktında sintez olunan peptid hormondur. GLP-1 reseptor antaqonistləri qanda qlükoza səviyyəsini normallaşdıraraq və iştahanı azaldaraq bu hormonun ifrazını imitasiya edir.
Tədqiqatçılar 2006-cı ildən 2020-ci ilə qədər arıqlamaq üçün müxtəlif dərmanlar qəbul edən 16 milyon amerikalının elektron sağlamlıq kartlarından alınan məlumatları araşdırıblar. Alimlər GLP-1 aqonistləri qəbul edən və digər dərmanlardan istifadə edən xəstələrdə mədə-bağırsaq xəstəliklərinin yaranma tezliyini müqayisə ediblər.
Məlum olub ki, bu qrupa aid olan dərmanlar pankreatitin inkişaf riskini 9,09 dəfə artırır. Bu, güclü qarın ağrısı, qızdırma, ürəkbulanma və qusmaya gətirib çıxara bilən mədəaltı vəzinin iltihabıdır. Həmçinin GLP-1 aqonistləri qəbul edən xəstələrdə bağırsaq obstruksiyası ilə qarşılaşma ehtimalı 4,22 dəfə çox olmuşdur.
Digər gözlənilməz təsir qastroparez (mədə iflici) kimi bir xəstəliyin riskinin artması olub. Bu, mədənin əzələ sisteminin fəaliyyətinin azalması ilə xarakterizə olunan həzm pozğunluğudur və bu səbəbdən qidanın nazik bağırsağa keçməsi çətinləşir.
Tədqiqatın müəllifləri arıqlamaq istəyən insanları əlavə təsir ehtimalını nəzərə almağa və terapiyanı seçiminə məsuliyyətlə yanaşmağa çağırır. Alimlər həmçinin arıqlayan dərmanların geniş yayılmasından narahatdırlar. Bu, yüz minlərlə insanın ağır mədə-bağırsaq xəstəlikləri ilə üzləşməsinə gətirib çıxara bilər.
Mənbə: Gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]