Azərbaycan İƏT-in Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığı müzakirə edib – FOTO
İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnkişaf Bankı ilə beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, nazirin birinci müavini Elnur Əliyev Ticarət və İnkişaf Bankının prezidenti Yalçın Yükselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
E.Əliyev bankın səlahiyyət müddəti başa çatan rəhbər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizlə səmərəli əməkdaşlığın qurulmasında göstərilən səylərə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın Ticarət və İnkişaf Bankı ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bununla belə, bankla ölkəmizin də iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.
Tərəflər bankla əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüblər.
İƏT-in Ticarət və İnkişaf Bankı üzv ölkələrin kənd təsərrüfatı, enerji, nəqliyyat, informasiya texnologiyaları, kiçik və orta sahibkarlığın inkişafı, sənaye, xidmət və s. sahələrinin inkişafı məqsədilə həmin dövlətlərə və özəl sektora kredit verməklə maliyyə dəstəyi göstərir. Eyni zamanda, bank dövlət və özəl sektor sərmayələri, əməkdaşlıq və inkişaf mövzularında birgə proqramlar təşkil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]