Alimlərdən həyəcan təbili: Avropanın ən hündür zirvəsi iki metrdən çox kiçilib
Avropanın ən hündür zirvəsi hesab edilən Alp dağ silsiləsindəki Monblan son 10 ildə 2,2 metr kiçilib.
Bu barədə Yuxarı Savoyya departamentinin tədqiqatçıları xəbərdarlıq ediblər.
Ölçmələr bir qrup topoqraf, alim və idmançılar tərəfindən aparılıb. Onların hesablamalarına görə, dağın hazırkı hündürlüyü 4805,59 metrdir.
Qeyd edək ki, bu prosedur iki ildən bir həyata keçirilir. Tədqiqatçıların sözlərinə görə, dağın hündürlüyü hər il zirvədəki yağıntı və qar əriməsindən asılı olaraq bir qədər dəyişir. Lakin hazırkı nəticə rekordlar üzrə ən aşağı göstəricidir. Belə ki, əgər 2001-ci ildə tədqiqatçılar dağın hündürlüyünü 4810,40 metr olaraq qeyd ediblərsə, o vaxtdan 2019-cu ilə qədər 4808 metrdən aşağı düşməyib, ancaq həmin vaxt 4806 metr qeydə alınıb. Bu o qədər aşağı göstərici hesab edilib ki, hətta bir müddət açıqlanmayıb.
“Biz indi Monblanı izləməliyik ki, növbəti bir neçə il ərzində yüksəkliyindəki eniş tendensiyasının davam edəcəyini, yoxsa zirvənin iki-dörd ildən sonra yenidən qalxacağını bilək. Amma biz buzun qalınlığının azalmağa doğru getdiyini hiss edirik”, – deyə geomorfoloq Lüdovik Ravanel bildirib. Onun fikrincə, tendensiya təsdiqlənərsə, 2100-cü ilə qədər Alp buzlaqları öz həcminin 99%-ni itirəcək.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]