Azərbacanda meteoroloji məlumatların emal ediləcəyi Situasiya Mərkəzi yaradılıb
Dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni dopler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb.
Oxu.Az xəbər verir ki, mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən radar, yeni avtomat meteoroloji, avtomat hidroloji və avtomat dəniz stansiyalarından məlumatların mərkəzləşmiş qaydada toplanması və operativ kompleks təhlili təmin edilir.
Hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir.
Son illər ərzində ümumilikdə 57 yeni müasir tələblərə cavab verən avtomat müşahidə sistemləri və 37 ədəd müşahidə kameraları tətbiq edilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 ədəd hidroloji, beş ədəd meteoroloji avtomat stansiya və üç ədəd müşahidə kamerası quraşdırılıb.
Situasiya mərkəzində iki ədəd dopler radar stansiyasının, 40 ədəd avtomat hidroloji stansiyasının, 51 ədəd meteoroloji stansiyanın, dörd ədəd dəniz hidrometeoroloji stansiyasının məlumatları xüsusi proqram təminatları ilə, 37 ədəd müşahidə kamerasının isə real vaxt rejimində görüntüləri vizuallaşır.
Bunlardan əlavə, proqnozların hazırlanması üçün “Türkmütkap” və “Eumetsat” peyk təsvir modelləri də mərkəzdə vizuallaşır.
Aysel Aslan
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]