“Azərbaycan zəlzələyədavamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir”
“Azərbaycan zəlzələyədavamlı binaların tikintisində Yaponiyanın təcrübəsindən yararlanmaq istəyir”.
Oxu.Az xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMIA) baş katibi Şahanə Sarı Yaponiyanın “Pacific Co” beynəlxalq korporasiyasının Memarlıq Departamentinin baş memarı Yoko Şiraişi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə Yaponiyanın şirkəti Azərbaycandadır:
“Azərbaycanda zəlzələyədavamlı binaların tikintisində Yaponiya təcrübəsi ilə bağlı yerli şirkətlərə məlumatlar veriləcək”.
Ş.Sarı deyib ki, assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına, inşaat sektorunun inkişafına dəstək verməkdən, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]