Avropanın ən böyük qaz yatağında hasilat dayandırılıb
Qərbi Avropa üçün əsas qaz mənbələrindən biri olan Qroningen qaz yatağında hasilat bu gündən dayandırılıb.
Məlumata görə, proses 2024-cü ildə bərpa oluna bilər.
Bildirilir ki, Niderlandın şimal əyalətindəki qaz hasilatı yatağın istismara başlamasından 60 il sonra zəlzələ və dağıntılar təhlükəsilə üzləşib.
Qeyd olunur ki, ölkə hökuməti qaz quyularının birdəfəlik sökülməsi ilə bağlı qərar qəbul etməkdən imtina edib. Belə ki, soyuq qış və ya digər gözlənilməz hallar baş verərsə, Qroningendə hasilat artıq 2024-cü ildə bərpa oluna bilər.
Xatırladaq ki, Qroningen İnstitutunun məlumatına görə, bölgədəki 327,000 evdən ən azı 127,000-i qazla bağlı zəlzələlər nəticəsində zərər görüb.
Hökumət daha əvvəl texnogen zəlzələlərdən zərər çəkmiş yerli sakinlərə təzminat ödəmək planını təsdiqləyib. Kompensasiyanın ümumi məbləği növbəti 30 il ərzində 22 milyard avro təşkil edəcək.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]