“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib
Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib, aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilib.
Qərarda dəyişiklik ölkə Prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]