“Cahangirbəyli” SES-də ildə 30 milyon kVt/saatdan çox enerji istehsal ediləcək – FOTO
Prezident İlham Əliyevin sentyabrın 28-də açılışını etdiyi “AzərEnerji” ASC-nin Zəngilan rayonundakı “Cahangirbəyli” Su Elektrik Stansiyasında (SES) il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.
“Report” xəbər verir ki, bu barədə rayona təşkil olunmuş mediaturda səhmdar cəmiyyətinin mətbuat katibi Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki ekoturbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə yeni yaşıl enerji potensialının yaradılması ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan SES silsiləsinin tikintisinə başlayıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb.
Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.
Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında səkkiz mindən çox ağac əkilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]