BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub – FOTO
Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası” Beynəlxalq Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişiklikləri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərində noyabr ayının sonunda keçiriləcək İqlim Dəyişiklikləri üzrə 28-ci Konfrans (COP28) ərəfəsində birgə fəaliyyət istiqamətləri, “yaşıl” inkişafa keçid perspektivləri, Paris Sazişi ilə bağlı məqsədlərə nail olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın COP28-də ölkə pavilyonu ilə iştirakının nəzərdə tutulduğu qonaq tərəfindən yüksək qiymətləndirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]