Peruda “Buludlar arasında şəhər” turistlərin üzünə bağlandı – FOTO
İnklərin qədim şəhərinin bir hissəsi turistlərin üzünə bağlanıb və bu həmişəlik ola bilər.
Bu barədə Perunun Kusko əyalətinin Mədəniyyət Departamenti xəbər verib.
Məhdudiyyətə səbəb kimi daş elementlərin dağılması göstərilir.
“Zədələnmiş sektorlarda gündəlik sıx hərəkət səbəbindən daş elementlərin dağılması baş verir. Hazırda ziyarətçilərimizin Kondor məbədi və İntihuatana rəsədxanasına daxil olması qadağandır”, – deyə departamentdən bildirilib.
Qeyd olunur ki, “buludlar arasında şəhər” kimi də tanınan Maçu Pikçunun idarəetmə komitəsi inklərin qalasının bəzi hissələrinin həmişəlik bağlanması məsələsini nəzərdən keçirməyi planlaşdırır, məhdudiyyətlərin müddəti davam edən texniki qiymətləndirmədən asılı olacaq.
Mənbə: Lenta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]