“Azərbaycan Bibliya Cəmiyyəti”nin sədri: “Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq”
“44 günlük Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq”.
“Report”un xəbərinə görə, bunu “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Biz bir-birimizlə döyüşmürük, hansımızın doğru, hansımızın yanlış olması barədə müzakirələr aparmırıq. Bizim dilimiz sevgi dilidir. Hər birimiz Azərbaycan xalqının nümayəndəsiyik və müxtəlif konfessiyaların nümayəndələri olaraq münasibətlərimizi daha da dərinləşdiririk. 44 günlük Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq və vətənimizin bütövlüyü uğrundakı məsuliyyətimizi də dərindən hiss edirik. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da əlimizdən gələni edəcəyik”, – deyə o qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]