“Azərkosmos”un ixrac gəlirləri 26% azalıb
Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 45 ölkəyə 12,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə xidmət ixrac edilən ölkələrin sayı doqquz vahid artıb, ixrac gəlirləri isə 4,5 milyon ABŞ dolları (26,2%) azalıb.
Səkkiz ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ, 713,2 min ABŞ dolları ilə Almaniya və 539,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Təkcə avqustda isə “Azərkosmos” 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]