Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu işinə başlayıb – FOTO
Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Onun hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.
Naxçıvan Biznes Mərkəzində keçiriləcək konfransda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir çərçivəsində “enerji keçidi”, “yaşıl enerji zonası”, “Naxçıvanın yaşıl enerji potensialı” və digər mövzularda plenar sessiyaların keçirilməsi, Azərbaycan və Türkiyənin bir sıra yüksək vəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]