Sahib Məmmədov: “Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır”
Azərbaycanda son illərdə görülmüş işlər nəticəsində güclü özəl sektor formalaşmaqdadır və müasir texnologiyalara əsaslanan çoxsaylı müəssisələr fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə deyib.
S.Məmmədov qeyd edib ki, son dövrlərdə dünya iqtisadiyyatında baş verən geosiyasi və iqtisadi proseslər fonunda milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə ölkə başçısı tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub:
“Bu sənəddə öz əksini tapan beş prioritetdən biri də məhz dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir. Ötən müddət ərzində istehlakçıların hüquqlarının müdafiəsi və azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi siyasət nəticəsində bu gün iqtisadi sferada keyfiyyət infrastrukturunun qurulmasına, istehlak bazarında sağlam rəqabətin qorunmasına, istehlakçı məmnuniyyətinin təmin edilməsinə nail olunub. İstehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olmaqla daim diqqət mərkəzində saxlanılır və bu sahədə dövlət tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi qaydaları müəyyən standartda və keyfiyyətdə mal və xidmətlərin istehsalını təmin etdiyi üçün istehlakçı hüquqlarının qorunması ilə yanaşı, istehsalın və son nəticədə ölkə iqtisadiyyatının inkişafını təmin edir”.
Nazir müavini əlavə edib ki, ölkə strategiyasından irəli gələn tədbirlərin icrası nəticəsində və qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsi ölkədə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təmin edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]