Orxan Məmmədov: “Azad rəqabətin olması iqtisadi səmərəliliyi yüksəldəcək”
Azərbaycanda azad rəqabət mühitinin formalaşdırılması iqtisadi səmərəliliyin yüksəldilməsinə təkan verəcək.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakda “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə bildirib.
“Ölkədə azad rəqabətin formalaşdırılması, inhisarçılıqla mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində prioritetlərin vaxtında müəyyənləşdirilməsi qarşıya qoyulmuş sosial-iqtisadi hədəflərə çatmaq üçün çox əhəmiyyətlidir. Azad rəqabət mühitinin formalaşdırılması iqtisadi səmərəliliyin yüksəldilməsinə təkan verməklə yanaşı, istehlakçıların da maraqlarının təmin olunmasını aktuallaşdırır. Bu baxımdan ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan inkişafın nəticəsi olaraq azad rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində yaxın tarixi təcrübənin öyrənilməsi və dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, – deyə sədr əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]