AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edəcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Məlumata görə, tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyənin şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur.
Endirimli biletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə ([email protected]) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir. Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur. Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.
AZAL yaxın gələcəkdə digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]