Məcnun Məmmədov türk iş adamlarına Ələt İqtisadi Zonası ilə bağlı çağırış edib
Türk iş adamları xüsusi investisiya güzəştləri təklif edən, yeni yaradılmış Ələt İqtisadi Zonasında əməkdaşlıq quraraq, beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan, Türk Dövlətləri Təşkilatının brendinə çevriləcək birgə müəssisələr yaratmaq imkanlarını nəzərdən keçirə bilərlər.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
“Hesab edirəm ki, iş adamlarımız infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən faydalanaraq ixrac coğrafiyamızı daha da genişləndirməlidirlər. Biz, həmçinin öz ölkələrimizdə təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirak etməli və məhsullarımızı beynəlxalq istehlakçılara yaxından tanıtmalıyıq”, – deyə nazir qeyd edib.
“Ötən dövr ərzində dünyanın üzləşdiyi pandemiya və hal-hazırda davam edən regional böhranlar qlobal qida təhlükəsizliyinin təmin edilməsində aqrar ticarətin önəmini ön plana çəkib. Azərbaycan, həmçinin reallaşdırdığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Bu layihələr sırasında yer alan, illik yükdaşıma gücü 15 milyon ton olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsal etdiyimiz aqrar məhsulların ölkələrimiz arasında və digər üçüncü ölkələrə daha tez və təhlükəsiz daşınmasına imkan yaradır”, – deyə M.Məmmədov əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]