Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib – YENİLƏNİB + FOTO
Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf etdiyi və iki ölkə arasında ticarət dövriyyəsinin artdığı qeyd olunub, iş adamları arasında sıx əlaqələrin və keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, əczaçılıq və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Nazir qeyd edib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinə uyğun olaraq Ələt Azad İqtisadi Zonasında alüminium içki qutularının istehsalı və doldurulması zavodunun inşası səmərəli biznes əməkdaşlığının uğurlu nümunəsidir.
Görüşdə Azərbaycanda özəl və xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar və biznes mühiti barədə məlumat verilib, Macarıstan şirkətləri fəal tərəfdaşlığa dəvət edilib.
Marton Nad enerji təhlükəsizliyi baxımından ölkəmizlə əməkdaşlığın əhəmiyyətinə toxunaraq, iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparıblar.
16:02
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparılıb.
🇦🇿🇭🇺 Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında #iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, #ticarət əlaqələrinin, qarşılıqlı #investisiya-ların təşviqi və birgə layihələrin icrası imkanları barədə… pic.twitter.com/OUJ7mAB3OX
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 26, 2023
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]