Azərbaycanda minimum əməkhaqqı artırılır? – FOTO
Minimum əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndirilməsi sosial siyasətin əsas prioritetlərindəndir.
Bu barədə “Trend”in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
“2023-cü ilin yanvarından minimum əməkhaqqı 345 manata qədər artırıldı. İlk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi. Son 4 ildə Azərbaycanda minimum əməkhaqqı 2,9 dəfə artırılıb. Ümumiyyətlə, sosial təminatın güclənidirilməsi sosial siyasətin əsas səbəblərindəndir. Bu səbəbdən 2024-cü ildə də sosial paketin genişlənidirilməsi və sosial proqramlara daha çox vəsaitin ayrılacağını gözləyirik”, – deyə deputat əlavə edib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur. Gələn il, həmçinin orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]