“Amazon” şirkəti “Anthropic” süni intellekt startapına dörd milyard ABŞ dolları investisiya etdi
“Amazon.com Inc.” süni intellekt (Sİ) sahəsində həll yollarını hazırlayan “Anthropic” startapına 4 milyard dollara (6,8 milyard manata) qədər sərmayə qoyacaq və şirkətdə minoritar payını alacaq.
“Amazon”un press-relizində qeyd olunanlara əsasən, şirkətlər arasında razılaşma “Anthropic”in süni intellekt alətlərinin işlənib hazırlanmasını sürətləndirməyə və onları “Amazon Web Services” (AWS) bulud servisinin müştəriləri üçün əlçatan etməyə imkan verəcək.
“Anthropic” gələcək süni intellekt modellərini yaratmaq, öyrətmək və tətbiq etmək üçün “Amazon”un çiplərindən istifadə edəcək. AWS “Anthropic” üçün əsas bulud provayderi olacaq və bulud servisinin müştəriləri şirkətin həllərinə çıxış əldə edəcəklər.
Bundan əlavə, Amazon tərtibatçıları və mühəndisləri “Anthropic”in Sİ modellərinin hazırlanmasında iştirak edə və onları öz işlərində tətbiq edə biləcəklər.
“Biz “Anthropic” komandasına və onların əsas süni intellekt modellərinə böyük hörmətlə yanaşırıq. Əminik ki, əməkdaşlığımızı dərinləşdirməklə biz həm qısa, həm də uzunmüddətli perspektivdə bir çox istiqamətdə istifadəçi təcrübəsini təkmilləşdirməyə kömək edə bilərik”, – deyə “Amazon”un baş direktoru Endi Cessi bildirib.
“Anthropic” 2021-ci ildə GPT çat-botunun yaradıcısı olan “OpenAI” şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb. Şirkət əsas Sİ sistemlərinin və dil modellərinin hazırlanmasında ixtisaslaşıb, onun flaqman məhsulu “Claude” assistentidir.
Mənbə: interfax.ru
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]