Alimlər Terrakota Ordusunun sahibinin yatdığı sərdabəni açmaq üçün yol axtarırlar
Alimlər Şensi əyalətindəki Lişan dağının zirvəsində təxminən yarım əsr əvvəl kəşf edilmiş Terrakota ordusunun sahibi – məşhur imperator Sin Şi Xuandinin sərdabəsini açmağın yollarını axtarırlar.
Mütəxəssislər müəyyən ediblər ki, ölməzlik ideyasına aludə olan imperator saray kimyagərlərinin məsləhəti ilə ömür boyu civə ilə həblər qəbul edib. O, bunu guya əbədi həyat bəxş edən eliksirin tərkib hissəsi hesab edib. Ekspertlər qeyd edirlər ki, Sin sülaləsinin əfsanəvi qurucusunu zəhərlənməyə aparan da məhz civə olub. Elə o, indi alimlərin onun dəfn olunduğu yerə yaxınlaşmasına mane olur.
Qədim Çin tarixçisi Sıma Syanın gətirdiyi dəlillərə əsasən, imperatorun məzarında civə çayları axır. 2020-ci ildə tədqiqatçılar ölçmə aparıblar və aşkar ediblər ki, sərdabənin bilavasitə yaxınlığında maddənin konsentrasiyası normadan bir neçə dəfə artıqdır.
Alimlər məqbərənin dünyaya açılması cəhdlərində, xüsusən, yüksək dəqiqliyə malik olan rentgen şüaları kimi fəaliyyət göstərən myuonlardan – atomaltı hissəciklərdən istifadə etməyi təklif edirlər. Onlar strukturun bütövlüyünü pozmadan onun içinə baxmağa imkan verirlər. Lakin buna baxmayaraq, bu ideya hələ də tətbiq olunmayıb və Terakota ordusu sahibinin məzarının daxili hissəsi sirr olaraq qalır.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]