Şirkətlər heyvanları sığortalamaqdan niyə BOYUN QAÇIRIRLAR?
“Hazırda Aqrar Sığorta Fondu (ASF) heyvanların sığortalanmasında böyük rol oynayır. Belə ki, onlar heyvanların ümumi dəyərinin 6-9%-i həcmində sığorta haqqı alaraq, sığortanı həyata keçirirlər.
Məsələn, bir xırdabuynuzlu heyvanın dəyəri 200 manatdırsa, fermer 12 manat ödəməklə heyvanı sığortalaya bilər. Heyvanın dəyəri artdıqca, sığorta haqqı da artır”.
Bu sözləri Bizim.media açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ASF iki paket – altı və doqquz faizlik paketlər təqdim edir:
“Altı faizlik sığorta heyvanları bəzi risklərdən qoruyur, 9,5 faizlik paketlə sığortalandıqda isə daha geniş risklərdən qorunmaq mümkün olur.
Ancaq digər sığorta şirkətləri nədənsə bu sahəyə maraq göstərmək istəmirlər. Burada bir məsələ də var. Əgər sahibkar hansısa bir heyvanını altı faizlik paketlə sığortalayırsa, bunun yarısını özü, yarısını isə hökumət ödəyir. Bu da onu göstərir ki, bir heyvanı sığorta etdirmək ona daha ucuz qiymətə başa gəlir.
Amma digər sığorta şirkətləri bu sahəyə maraq göstərmək istəmirlər. Səbəbi də odur ki, bu sahəni riskli hesab edirlər”.
Ekspert vurğulayıb ki, rəqabətliliyin yaranması üçün özəl şirkətlərin də bu bazara daxil olması vacibdir:
“Bunun üçün də hökumət bütün şirkətlərə burada bərabər şərait yaratmalıdır. Belə ki, əgər Aqrar Sığorta Fonduna 50 faizlik güzəşt paketi təqdim edirsə, bunu digərlərinə də tətbiq etməlidir ki, onlar da bazara daxil olsunlar və rəqabət mühiti formalaşdırsınlar”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]