Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq – PROQNOZ
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 milyon manat təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5% azalma deməkdir.
APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 milyon manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54% azdır.
Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 milyon manat həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il – 15 329,6 milyon manat) 15,7% çoxdur.
Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 milyon manat, 2026-cı ildə isə 16 839,3 milyon manat səviyyəsində olacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]