Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub – FOTO
Sumqayıtda yerləşən “İstedad” liseyinin nəzdində STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
“Elm və təhsil naziri Emin Əmrullayevlə birgə mərkəzin açılışında iştirak etdik. İki nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, onlar yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanacaq”, – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüş keçirilib:
“İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq”.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]