Nazir: “Əməkdaşlıq Komissiyası Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafında mühüm rol oynayır”
“Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin dərinləşməsində müstəsna rol oynayır”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanının Milli Gününün 93-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir xatırladıb ki, Komissiyanın 2022-ci ildə Bakıda keçirilən iclasında Birgə İşgüzar Şura yaradılıb:
“İşgüzar Şuranın birinci iclası bu ilin aprelində Ər-Riyadda, ikinci iclası isə iyunda Şuşada keçirilib. Şuranın iclaslarında birgə təşəbbüslərin genişləndirilməsi məsələləri, o cümlədən Qarabağa investisiya imkanları müzakirə edilib”.
S.Şərifovun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri və səmərəli əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edir.
“Ölkələrimiz arasında əməkdaşlıq həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davam edir”, – nazir qeyd edib.
O, həmçinin Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinin vacibliyini vurğulayıb.
“Ermənistanın təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri müsbət nəticə verib, ilk gündən təklif etdiyimiz şərtlər qəbul edilib”, – S.Şərifov əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]