Səfir: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə inkişaf edir” – FOTO
“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır və hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir”.
“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh əl-Cüteyli Səudiyyə Ərəbistanının Milli Gününün 93 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
“Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsi ilə əlamətdar olub və biz hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması üzərində işləyirik”, – səfir bildirib.
O qeyd edib ki, iki ölkə arasında çoxlu oxşar cəhətlər var və bu, ticarət dövriyyəsinin həcmini iki dəfə artıracaq.
“Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycana isə inkişaf və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram”, – səfir söyləyib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]