ATAA: “Müxtəlif hava yollarının Azərbaycan turizm şirkətlərinə qarşı cərimələri silinib”
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) üzvlərindən 41 min manata yaxın vəsait toplayıb”.
“Report” xəbər verir ki, bunu ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın bir illik hesabat tədbirində çıxış edərkən bildirib.
G.Qəhrəmanov qeyd edib ki, bu məbləğ 130-dan çox agentlikdən toplanıb:
“Müxtəlif hava yolları şirkətlərindən ATAA üzvlərinə cərimələr yazılıb. Məhz bu bir il ərzində biz həmin cərimələrin silinməsinə nail olduq. Həmçinin bizim səylərimiz nəticəsində müxtəlif aviaşirkətlərdən 1 milyon manatdan çox vəsait komissiya üzvlərimizin hesabına köçürülüb”.
ATAA rəsmisi çıxışında hələ də bəzi problemlərin qaldığını qeyd edib: “Bunlar bəzən viza alınması və bəzi istiqamətlərə hələ də aviabiletlərin baha olması ilə bağlı problemlədir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]