Ciddə aeroportunun nümayəndə heyəti Bakı hava limanını ziyarət edib – FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportuna Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) yerləşən Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının aviaşirkətlər komitəsinin nümayəndə heyəti və hava limanının administrasiyasının vitse-prezidenti rəsmi səfər ediblər.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Səfər zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov nümayəndə heyətinə Bakı hava limanının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tanışlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turist axınının inkişafı üçün yeni imkanlar açacaq.
Hava limanına uğurlu səfərin təşkilinə görə nümayəndə heyəti dərin minnətdarlığını ifadə edərək bunu yüksək peşəkarlığının və səmərəli əməyinin nümunəsi kimi qiymətləndirib. Həmçinin, Bakı hava limanının əməkdaşlarına təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu müasir infrastrukturu, yüksək xidməti və davamlı inkişafa sadiqliyi ilə aparıcı beynəlxalq aviaşirkətlərin və hava limanlarının diqqətini cəlb edir ki, bu da ona yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə imkan verir.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]