Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi – “Georgian Wings” beynəlxalq uçuşlara başlamağa hazırlaşır. Onun ilk uçuş istiqaməti Azərbaycan olacaq.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.

İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan “ATR-72” markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top