“Şahdağ Turizm Mərkəzi” niyə zərər edib? Direktor məsələyə aydınlıq gətirdi
“Şahdağ Turizm Mərkəzi”nin direktoru Rüstəm Nəcəfov zərərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə yay mövsümünün başlanması ilə əlaqədar təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.
R.Nəcəfovun sözlərinə görə, hesabatda qeyd edilən zərər tək nağd deyil:
“Burada vergilər və s. də var. Hesabatda qeyd edilən 100 milyon manata yaxın zərər 2016-cı ildən indiyə kimi olandır. 2021-ci ildə mərkəzimizin dövriyyəsi 6,3 milyon manat olub. Dövlət tərəfindən bizə verilən vəsait 13,9 milyon manat təşkil edib. 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat olub ki, bu da 14 faiz azalma deməkdir”.
O qeyd edib ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon daha çox olub: “Məqsədimiz zərəri azaltmaq üçün gəlirlərimizi artırmaq və dövlətdən asılılığımızı azaltmaqdır”.
Direktor əlavə edib ki, mərkəzin ərazisində yerləşən bütün hotellərdə qiymətlər 100 manatdan başlayır.
İlhamə Əbülfət
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]