Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeni üfüqlər: AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək

AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq. Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək.
 
Dağlarla əhatə olunmuş Bişkek parlaq mədəniyyəti, milli adət-ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.

Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top