Gürcüstan prezidenti ölkəyə gələn rusiyalılar üçün təcili qanuni məhdudiyyətlər tətbiq etməyə çağırdı – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstan prezidenti ölkəyə gələn rusiyalılar üçün təcili qanuni məhdudiyyətlər tətbiq etməyə çağırdı – VİDEO

Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü ilə bağlı tədbirdə hökuməti Rusiya ilə birbaşa uçuşları bərpa etdiyi üçün tənqid edib.

O hesab edir ki, ölkəyə gələn rusiyalılar üçün qanuni məhdudiyyətlər tətbiq etmək lazımdır.

“Bu gün qeyd etdiyimiz müstəqillik vətəndaşlarımızı qorumaq deməkdir. Dövlətçilik ölkənin qayda və qanunlarla idarə olunması deməkdir. Bu, dövlətin yanaşmasıdır ki, hamıya şamil edilməlidir”, – deyə Gürcüstan lideri bildirib.

Zurabişvili ölkəyə kütləvi şəkildə gələn rusiyalılar və onların xüsusilə səhiyyə, təhsil kimi sahələrdə fəaliyyəti ilə bağlı heç bir tədbir görülməməsinə və hüquqi tənzimləmə tətbiq olunmamasına təəccübünü bildirib.

Prezidentin sözlərinə görə, Gürcüstanın siyasəti getdikcə Avropa perspektivindən təcrid olunur.

Mənbə: Svobodnaya Pressa

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top