Çavuşoğlu: “Müxalifətin məsuliyyətsiz açıqlamaları turistlərin sayını kəskin azaldıb” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çavuşoğlu: “Müxalifətin məsuliyyətsiz açıqlamaları turistlərin sayını kəskin azaldıb”

“Müxalifətin məsuliyyətsiz bəyanatları Türkiyəyə səfər edən rusiyalı turistlərin sayında kəskin azalmalara səbəb olub”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

O, 1 Mayın Rusiya və keçmiş sovet ölkələrində önəmli tarix olduğunu və Türkiyədə də bu günün əmək bayramı kimi qeyd edildiyini xatırladıb.

“Əvvəlki illərdə bu mövsümdə ölkəmizə çoxlu sayda rusiyalı turist gəlirdi. Bu il onların sayı azalıb. Səbəbi isə müxalifətin məsuliyyətsiz bəyanatlarıdır: onlar bildiriblər ki, mayın 14-də seçiləcəkləri təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklər. Beləliklə, turistlərin buraya gəldikdən sonra geri qayıtmaq üçün təyyarə reyslərinin ləğvi və dolayısı ilə onların ölkələrinə dönə bilməmə riski var. Rusiyalılar artıq belə problemlə Avropada qarşılaşıblar. Bütün bunlara görə rusiyalı turistlərin sayı ötən illərə nisbətən kəskin azalıb”, – deyə nazir bildirib.

O, bu cür məsuliyyətsiz açıqlamaların həm turizmə, həm də xarici siyasətə təsir etdiyini vurğulayıb.

“Əvvəla, bitərəfliyi pozmağın Türkiyəyə hansı faydası var? Ölkəmizi hər kəsin həsəd apardığı məqama gətirən bu bitərəflik siyasətinin, tarazlığın pozulmasının Türkiyəyə heç bir xeyri yoxdur. Hətta əvvəldən zərərini də görürük”, – deyə Çavuşoğlu sözlərini yekunlaşdırıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top