Bakıya birbaşa reysi olan “Air Moldova” bütün istiqamətlərə uçuşları dayandırdı
“Air Moldova” şirkəti qeyri-müəyyən müddətə uçuşları və bilet satışlarını dayandırıb.
Bu barədə operatorun “Facebook” səhifəsində məlumat verilib.
Qərar aviaşirkətin iflasa uğramaması üçün sürətləndirilmiş restrukturizasiyanın elanı ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, fəaliyyətin bərpası məhkəmə qərarından sonra 3 gün ərzində mümkün olacaq.
Xəbərdə dəqiqləşdirilib ki, məhkəmə sürətləndirilmiş restrukturizasiya tələbini qəbul edərsə, şirkət uçuşları və bilet satışını bərpa edə biləcək. İnvestorlar 50 milyon dollar (85 milyon manat) sərmayə qoymağa hazırdırlar – bu, maliyyə problemlərinin həllinə kömək edəcək.
Xatırladaq ki, martın 28-dən Bakı və Moldovanın paytaxtı arasında birbaşa aviareys açılıb. Kişineudan Bakıya çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətə isə çərşənbə, cümə və bazar günləri üçün reyslər həyata keçirilib.
Lakin “Air Moldova” son bir ay ərzində bir neçə dəfə Bakı da daxil olmaqla Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi və digər şəhərlərə onlarla reysi ləğv edib. Şirkət bunun səbəbləri barədə açıqlama verməyib. Amma ötən ilin noyabrında Moldovanın Mülki Aviasiya İdarəsi bildirib ki, “Air Moldova” qeyri-sabit maliyyə vəziyyətindədir, bu da onun satılan biletlər üzrə öhdəliklərini yerinə yetirməsinə mane ola bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]