EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət ediblər – FOTO
“Airspace World 2023” sərgisində EUROCONTROL-un və ICAO Şurasının rəhbərləri AZANS-ın stendini ziyarət ediblər.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın hava məkanın qlobal aviasiya şəbəkəsində vacib rolu İsveçrənin Cenevrə şəhərində təşkil olunan beynəlxalq “Airspace World 2023” sərgisində vurğulanıb.
Bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) baş direktoru Raul Medina və ICAO Şurasının prezidenti Salvatore Şakitano AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) stendini ziyarət edərkən bildiriblər.
EUROCONTROL-un baş direktoru Raul Medina ucuşların səmərəliliyinin təmin edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması üçün bütün aviasiya sənayesi oyunçuları arasında əməkdaşlığın vacibliyini qeyd edib. O, həmçinin, bildirib ki, bu məqsədlərə nail olmaq üçün qonşu dövlətlərlə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir.
Bu xüsusda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa, hava məkanından istifadəyə və regionda dinamik axının idarə olunmasına görə minnətdarlıq ifadə olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]