Rusiyalılar bu il əsasən Bakıya səyahət etməyi planlaşdırırlar
Rusiyada bu yay istirahətlərini özləri planlaşdıran turistlər Soçi, Bakı və İstanbulda dincəlmək qərarına gəliblər.
Tutu.ru portalının apardığı sorğuya görə, rusiyalılar artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər.
Xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri – Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər paytaxtın hava qovşağından bu şəhərlərə uçmağı planlaşdırırlar.
Turistlər əsasən Rusiya ətrafında səyahətə maraq göstərirlər (93%), Soçi isə populyarlıq baxımından əsas istiqamət olaraq qalır (35%). Həmçinin səyahətçilər Moskva, Sankt-Peterburq, Kalininqrad və Minvodıya bilet bron edirlər.
Mənbə: Vestnik Kavkaza
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]