AZAL Gəncədən Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar həyata keçirməyə başlayır
“Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə – Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Reyslər hər həftə yerinə yetiriləcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Aviaşirkətin Bakı – Moskva – Gəncə – Moskva – Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı – Sankt-Peterburq – Gəncə – Sankt-Peterburq – Bakı istiqamətində həftədə bir dəfə – bazar günləri uçuşlara başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.
Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]