“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top