Hava şəraiti ilə əlaqədar Naxçıvana təxirə salınan reyslər həyata keçirilir – FOTO
Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir.
Belə ki, çərşənbə axşamı, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17 və 18 tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıblar.
Bu gün ərzində aviaşirkət həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18 və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.
Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri çərşənbə günü, dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reysin uçuşu saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb.
Belə ki, aviaşirkət hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınmasını bu gün başa çatdıracaq.
AZAL bütün sərnişinlərdən qeydiyyat masalarına öncədən yaxınlaşmağınızı xahiş edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]